Bank Of Baku

Dünyanın nəhəng dərman istehsalçıları Yunanıstana dərman satışını dayandırıb

Dünyanın nəhəng dərman istehsalçıları Yunanıstana dərman satışını dayandırıb
# 31 may 2010 12:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Dünyanın tibb sənayesində fəaliyyət göstərən nəhəng dərman istehsalçıları Yunanıstana dərman satışını dayandırıb.

«APA-Economics»in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, buna səbəb Yunanıstanın dərman istehsalçılarına 5,6 mlrd.avro borcunu ödəyə bilməməsidir.

Məlumata görə, dünyada ən böyük insulin istehsalçısı olan «Novo Nordisk» şirkəti mayın 29-da Yunanıstan bazarından çıxacağını açıqlayıb. Mayın 30-da isə «Leo Pharma» şirkəti də ürək və sümük xəstəliklərində istifadə edilən iki məhsulunu Yunanıstana satmayacağını bəyan edib. Açıqlanan məlumatlara görə, Yunanıstanın «Leo Pharma»ya 244 mln. avro, «Novo Nordisk»ə isə 24,4 mln.avro borcu var və rəsmi Afina bu borcları ödəyə bilmədiyini bildirib.

Yunanıstan hökumətinin açıqladığı rəsmi məlumata görə, ölkənin xarici dərman şirkətlərinə olan borcu 5,6 mlrd. avro təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR