Hesabat ilində Rusiyadan Azərbaycana fərdi pul köçürmələrinin həcmi 2009-cu ildə 845 mln. dollara bərabər olub ki, bu da 2008-ci ili ilə müqayisədə 361 mln. dollar və ya 30% azdır. Ümumilikdə, Rusiyadan MDB ölkələrinə həyata keçirilən fərdi pul köçürmələrində Azərbaycanın xüsusi çəkisi 6,5% təşkil edib. Ölkələrin siyahısına isə 3,274 mlrd. dollarlıq göstərici ilə Özbəkistan başçılıq edir:
(mln. ABŞ dolları)
Ölkə | 2008-ci il | 2009-cu il | İllik dinamika (%) |
Özbəkistan | 4 647 | 3 274 | - 29,6 |
Ukrayna | 3 684 | 2 822 | - 23,4 |
Tacikistan | 3 174 | 2 067 | - 34,9 |
Moldova | 1 803 | 1 297 | - 28,1 |
Qırğızıstan | 1 587 | 1 187 | - 25,2 |
Ermənistan | 1 377 | 968 | - 29,7 |
Azərbaycan | 1 206 | 845 | - 29,9 |
Gürcüstan | 639 | 230 | - 64,0 |
Qazaxıstan | 198 | 166 | - 16,2 |
Belarus | 194 | 141 | - 27,3 |
Türkmənistan | 41 | 29 | - 29,3 |
CƏMİ | 18 551 | 13 026 | - 29,8 |
Göründüyü kimi, fərdi pul köçürmələri üzrə ən yüksək azalma Gürcüstan üzrə müşahidə olunub ki, bunun da əsas səbəbi texniki məsələlərlə bağlıdır. Belə ki, ölkənin 2009-cu ilin avqustunda MDB-dən çıxması ilə əlaqədar Gürcüstan həmin statistikadan xaric edilib. Bu ölkədən başqa ən iri azalma Tacikistan, ən kiçik azalma isə Qazaxıstan üzrə müşahidə olunub.