Bank Of Baku

«Azərqarant Sığorta» şirkətinin İdarə Heyətinə yeni sədr təyin olunub

«Azərqarant Sığorta» şirkətinin İdarə Heyətinə yeni sədr təyin olunub
# 31 may 2010 12:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərqarant Sığorta» şirkətinin İdarə Heyətinə yeni sədr təyin olunub. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Şükür Hüseynov bildirib.

Ş.Hüseynovun sözlərinə görə, şirkətin Direktorlar Şurası tərəfindən Rəşad Məmmədovun namizədliyi irəli sürülüb. «Rəşad Məmmədov Maliyyə Nazirliyinin müvafiq atesstasiyasından uğurla keçib. Artıq Direktorlar Şurası tərəfindən Məmmədovun şirkətə sədr təyin olunması ilə bağlı qərar qəbul edib. Sabahdan şirkətin İdarə Heyətinin yeni sədri öz vəzifəsinin icrasına başlayacaq» - deyə Ş.Hüseynov bildirib.

Qeyd edək ki, R.Məmmədov «Azərqarant Sığorta» şirkətinin İddialar Departamentinin direktoru vəzifəsində çalışıb. Hazırda İdarə Heyətinin sədri vəzifəsini isə şirkətin yeganə təsisçisi olan Oqtay Əliyev icra edir.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «Azərqarant Sığorta» şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,7 mln. manatdır. Cari iilin yanvar-mart aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 183,086 min manat, sığorta ödənişləri isə 10,380 min manat təşkil edib. Şirkət 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR