Bank Of Baku

«Azericard» Prosessinq Mərkəzinin baş direktoru vəfat edib

«Azericard» Prosessinq Mərkəzinin baş direktoru vəfat edib
# 31 may 2010 14:11 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankından (ABB) «APA-Economics»ə verilən məlumata görə, Moskvada (Rusiya) məzuniyyətdə olan E.Sadıxov ürək çatışmazlığından dünyasını dəyişib. Sabah E.Sadıxovun cənazəsi Azərbaycana gətiriləcək və iyun ayının 2-də dəfn olunacaq.

Qeyd edək ki, E.Sadıxov 1968-ci ildə Bakıda anadan olub, 1992-ci ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirib. E.Sadıxov 1993-cü ildən ABB-də bir sıra vəzifələrdə, həmçinin İnformasiya texnologiyaları Departamentinin direktoru vəzifəsində çalışıb. O, 1997-ci ildən «Azericard» Prosessinq Mərkəzinin baş direktoru vəzifəsinə təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR