Bank Of Baku

Azərbaycan hökuməti kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının təqdim olunması qaydalarını təsdiq edib

Azərbaycan hökuməti kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının təqdim olunması qaydalarını təsdiq edib
# 31 may 2010 15:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları»nı təsdiq edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Hökumətdən verilən məlumata görə, qaydalar kredit təşkilatları və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, kommersiya təşkilatlarına şamil edilir. Qaydalara əsasən, ictimai əhəmiyyətli qurumların illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına, kommersiya təşkilatlarının isə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib olunmalıdır.

Kommersiya təşkilatları üzrə illik maliyyə hesabatlarının tərkibinə mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat və uçot siyasəti və izahlı qeydlər daxildir. Kommersiya təşkilatları illik maliyyə hesabatlarını və konsolidə edilmiş maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR