Bank Of Baku

Azərbaycanda yanvar-aprel aylarında 53,7 mln. manat sığorta haqqı toplanılıb

Azərbaycanda yanvar-aprel aylarında 53,7 mln. manat sığorta haqqı toplanılıb
# 01 iyun 2010 06:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının həcmi 53,72 mln. manata çatıb.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə həyata keçirilən sığorta ödənişlərinin ümumi həcmi 14,52 mln. manat təşkil edib.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 0,508 mln. manat, qeyri-həyat sığortası üzrə 43,232 mln. manat, icbari sığorta növləri üzrə isə 9,989 mln. manat olub.

Ödənişlərə gəldikdə isə həyat sığortası üzrə 0,086 mln. manat, qeyri-həyat sığortası üzrə 11,874 mln. manat, icbari sığorta növləri üzrə isə 2,555 mln. manat həcmində ödəniş aparılıb.

Bundan başqa, daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (11,005 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (9,022 mln. manat), «Hava nəqliyyatı vasitələrinin sığortası» (7,452 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (5,789 mln. manat) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (3,969 mln. manat) növlərinin payına düşür. Bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 20,48%, 16,79%, 13,86%, 10,77% və 7,39% təşkil edib.

Ödənişlərdə isə ən çox vəsait «Tibbi sığorta» (5,170 mln. manat və ya 35,61%), «Avtonəqliyyat vasitələrinin sığortası» (4,628 mln. manat və ya 31,87%) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (2,126 mln. manat və ya 14,64%) növləri üzrə ödənilib.

Qeyd edək ki, Azərbaycanda 27 sığorta təşkilatı (o cümlədən, «Azal Sığorta» və «Günay Sığorta» şirkətinin lisenziyaları dayandırılıb) fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR