Bank Of Baku

Azərbaycan əhalisi nağd funtla əməliyyatları azaldıb

Azərbaycan əhalisi nağd funtla əməliyyatları azaldıb
# 01 iyun 2010 07:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən nağd İngiltərə funt sterlinqinin satış həcmi 2010-cu ilin yanvar-aprel aylarında 320 500 funt, alış həcmi isə 6 138 900 funt təşkil edib. Azərbaycan Mərləzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə satışın həcmi 1,5 dəfə, alışın həcmi isə 9,4% azalıb.

Beləliklə, yanvar-aprel aylarının yekunlarına görə, əhalinin nağd funt alışı satışı 19,2 dəfə üstələyib.

Qeyd edək ki, funtun satış həcminin azalması Böyük Britaniyadan gətirilmiş valyutanın manata çevrilməsi üzrə əməliyyatların azaldığını göstərir. Alışın azalması isə öz növbəsində Azərbaycandan Böyük Britaniyaya müxtəlif məqsədlərlə aparılan valyutanın həcminin azalmasının əksidir. İngiltərə funtu sərbəst dönərli valyuta olsa da, Azərbaycanın daxilində bu valyuta ilə alış-veriş, hesablaşma və digər əməliyyatlar aparılmır və nəticədə, nağd funtla konvertasiya əməliyyatları yalnız səfərlərlə bağlı olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR