Bank Of Baku

«Bank Standard» kredit kartlarının verilməsi siyasətini yumşaldır

«Bank Standard» kredit kartlarının verilməsi siyasətini yumşaldır
# 01 iyun 2010 07:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC kredit kartlarının verilməsinə prinsipcə yeni yanaşma tətbiq edib. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni yanaşma tərzinin fərqli xüsusiyyəti kredit kartının açıq kredit xəttilə verilməsi və rəsmiləşdirmənin çox sadə olmasındadır.

«Ümumiyyətlə, kreditlərin və kredit karltarının kifayyət qədər mürəkkəb verilmə prosesi fonunda bu keyfiyyətlərin böyük rəğbətlə qarşılanması gözlənilir. Xüsusi kredit kartları seriyasından ilk olaraq buraxılan «Abunəçi» kredit kartı ölkə ərazisində fəaliyyət göstərən bütün mobil operatorların fakturalı xətt abunəçiləri üçün nəzərdə tutulub. Bu kartı əldə etmək üçün minimal sənədlər paketi tələb olunur. Bu kartlar orta aylıq faktura məbləği 50 manatı ötən abunəçilərə verilə bilər. «Abunəçi» kartı üzrə kredit xəttinin həcmi isə 10 min manata qədər ola bilər», - deyə bankdan bildirilib.

«Abunəçi» kredit kartını əldə etmək üçün «Bank Standard»ın istənilən filialına müraciət edib, şəxsiyyət vəsiqəsilə birgə son 6 ay üzrə ödəniş fakturasını təqdim etmək lazımdır. Kredit kartının rəsmiləşdirilməsi müddəti 5 iş günüdür.

Qeyd edək ki, 050 və 051 prefiksli xətt abnentlərinə gəlincə, onlar bankın ofisinə gəlmədən də «Abunəçi» kredit katını almaq imkanı barədə bankdan məlumat ala bilərlər. Eyni zamanda, 8825 nömrəsinə «kredit» sözünü sms-lə göndərməklə abunəçilər həmin kredit kartını almaq imkanı və onlara ayrıla biləcək kredit xəttinin həcmi haqqında bankdan cavab ala bilər.

«AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» QSC 1995-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 17 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR