Bank Of Baku

«Bank of Baku» «Uduşlu pul köçürmələri» adlı stimullaşdırıcı kampaniyaya başlayıb

«Bank of Baku» «Uduşlu pul köçürmələri» adlı stimullaşdırıcı kampaniyaya başlayıb
# 01 iyun 2010 08:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC «İndi bank Sizə ödəyir!» şüarı ilə təcili pul köçürmələrindən istifadə edən bütün müştəriləri üçün yeni «Uduşlu pul köçürmələri» adlı stimullaşdırıcı kampaniyaya start verib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniya bu ilin noyabr ayının 30-dək bankın bütün filiallarında keçiriləcək.

«Uduşlu pul köçürmələri» adlı kampaniya çərçivəsində pul köçürmə əməliyyatları üzrə ən fəal müştərilərin (say və məbləğinə görə) hər birini bankdan 500 manat məbləğində hədiyyə gözləyir.

Kampaniya dövründə təcili pul köçürmələri sistemlərindən istifadə edən bütün müştərilər bankın keçirdiyi xüsusi lotereyanın iştirakçısı olacaqlar. Lotereyanın uduş fondunun ümumi məbləği 1000 manat təşkil edir. Uduş isə bu ilin sentyabr ayının 1-də və cari ilin dekabr ayının 1-də keçiriləcək. Hər iki mərhələdə kompüterin təsadüfi seçimi əsasında qalib gələn 5 müştərinin hərəsinə 100 manat pul hədiyyəsi təqdim olunacaq.

Pul köçürmə əməliyyatlarından istifadə edən müştərilər üçün «Bank of Baku» «Pul köçür, pul al, Üstəlik, qazancda qal!» şüarı altında müştərilərə yeni bonus-kartlar da təqdim edir.

Artıq «Bank of Baku» vasitəsilə pul köçürmə əməliyyatını həyata keçirən bütün müştərilərə hər əməliyyat zamanı köçürdükləri və ya aldıqları məbləğin müvafiq faizi həcmində olan pul vəsaiti bank tərəfindən hədiyyə olunacaq. Həmin pul vəsaiti müştəriyə təqdim olunan xüsusi bonus-kartına köçürüləcək. Müştəri istənilən vaxt həmin hədiyyə məbləğindən istifadə edə biləcək. Daha çox əməliyyat həyata keçirən müştəri daha çox pul hədiyyəsi əldə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR