Bank Of Baku

Azərbaycanda POS-terminalların 91%-i paytaxtda quraşdırılıb

Azərbaycanda POS-terminalların 91%-i paytaxtda quraşdırılıb
# 01 iyun 2010 08:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən quraşdırılan POS-terminalların sayı 2010-cu ilin may ayının 1-nə 8 716 vahid təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 312 terminal və ya 3,7% çoxdur.

Cari ilin əvvəlindən isə POS-terminalların sayı 59 terminal və ya 0,7% artıb.

Hazırda POS-terminalların 7 933-ü və ya 91%-i Bakı şəhərində, qalan hissəsi isə regionlarda yerləşdirilib.

POS-terminalların paytaxtda bu dərəcədə konsentrasiya olunması ilk növbədə ticarət və xidmət obyektlərinin əksəriyyətinin məhz Bakıda cəmləşməsi ilə izah olunur. Lakin eyni zamanda POS-terminalların ümumi sayı ticarət və xidmət obyektlərinin sayından kəskin şəkildə geri qalır ki, bu problem də Azərbaycanda artıq fakt xarakteri alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR