Bank Of Baku

Maliyyə naziri Samir Şərifov: «Azərbaycanın seldən zərərçəkmiş rayonların bərpasına dövlət vəsait ayıracaq»

Maliyyə naziri Samir Şərifov: «Azərbaycanın seldən zərərçəkmiş rayonların bərpasına dövlət vəsait ayıracaq»
# 01 iyun 2010 09:43 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

S.Şərifovun sözlərinə görə, tələb olunan vəsaitin həcmi hələ dəqiq müəyyənləşdirilməyib: «Lakin vəsaitin ayrılacağı məlumdur».

Bundan başqa nazir qeyd edib ki, 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş neftin baza qiymətinə yenidən baxılacaq. Xatırladaq ki, neftin 1 barelinin baza qiyməti 45 ABŞ dolları səviyyəsində müəyyən edilib, lakin cari ilin əvvəlindən bu günə kimi dünya bazarlarında neftin qiyməti 65-80 dollar arasında olub və bu, baza qiymətinin artırılması məsələsini gündəmə gətirib.

Xəzinədarlığın idarəetmə sisteminin avtomatlaşdırılması barədə S.Şərifov bildirib ki, bu proses cari ilin avqust ayına kimi başa çatacaq. Artıq sistem bir neçə rayonda fəaliyyət göstərir və avqusta qədər regionların əsas hissəsi yeni sistemlə tam əhatə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR