Bank Of Baku

Azərbaycanda sığortalanan yeni bank əmanətləri üzrə gəlirliyin yuxarı həddi bu gündən azaldılıb

Azərbaycanda sığortalanan yeni bank əmanətləri üzrə gəlirliyin yuxarı həddi bu gündən azaldılıb
# 01 iyun 2010 10:23 (UTC +04:00)
«APA-Economics» xəbər verdiyi kimi, 2010-cu ilin iyun ayının 1-dən etibarən 12%-dən yuxarı faizlə qəbul edilən əmanətlər Fond tərəfindən sığortalanmayacaq. Eyni zamanda vurğulamaq lazımdır ki, bu gün qüvvəyə minən yuxarı həddin yeni səviyyəsi yalnız yeni açılan əmanətlərə şamil olunacaq, artıq 15%-dək faizlə yerləşdirilmiş əmanətlərin sığortalanması əmanət müqaviləsinin müddəti ərzində davam edəcək.

Bu qərarın qəbul edilməsinin səbəblərinə gəldikdə xatırlatmalıyıq ki, ötən həftənin sonunda həmin qərarı elan edərkən Fondun icraçı direktoru Azad Cavadov bildirib ki, hazırda Azərbaycanda uçot dərəcəsi 2%, dövlət qiymətli kağızları üzrə gəlirliyin də təxminən həmin səviyyədə olması və Fond tərəfindən aparılmış araşdırma və təhlil faiz dərəcələrinin yuxarı həddinin aşağı salınmasının əsas səbəbi olub. Belə ki, Fond 2007-ci ildə yaradılanda yuxarı hədd 1,8 dəfəlik əmsalla birbaşa uçot dərəcəsinə bağlı olub, lakin sonra anti-böhran tədbirləri çərçivəsində uçot dərəcəsinin kəskin endirilməsi nəticəsində yuxarı hədd də kəskin enib və bunun aradan qaldırılması üçün həddin müəyyən edilməsi səlahiyyəti Fonda və Mərkəzi Banka verilib. Nəticədə, yuxarı hədd 15% səviyyəsində müəyyənləşdirilib və hazırda bu göstərici bir qədər də endirilir.

A.Cavadovun sözlərinə görə, Fondun keçirdiyi araşdırma və sorğular göstərib ki, 2010-cu ilin əvvəlindən banklar tərəfindən cəlb olunan əmanətlərin 182 mln. manatı 15%-dən aşağı, 52 mln. manatı isə 15%-dən yuxarı gəlirliklə cəlb olunub. Yəni, cəlb olunmuş əmanətlərin təxminən 72%-i üzrə gəlirlik dərəcəsi 15%-dən aşağıdır. Bundan başqa qeyd olunub ki, Azərbaycanın bank əmanətləri bazarında 70% paya malik olan 11 bank illik 12%-dən də aşağı səviyyədə gəlirlik təklif edir. Bütün bunlar yuxarı həddin endirilməsini məqsədəuyğun edir.

Cari ilin I rübünün hesabatına əsasən, fiziki şəxslərin ƏSF-nin üzv banklarında olan məcmu əmanətləri 2 385,385 mln. manat, o cümlədən qorunmayan əmanətlər 707 mln. manat, qorunan əmanətlər isə 1 678 mln. manat təşkil edib. ƏSF-nin sığorta ehtiyatları 25,698 mln. manata bərabərdir. Qorunan əmanətçilərin sayı 5 197 888 nəfərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR