Bank Of Baku

«Amrahbank» xaricdən yeni kredit cəlb edəcək

«Amrahbank» xaricdən yeni kredit cəlb edəcək
# 01 iyun 2010 11:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Amrahbank» ASC Beynəlxalq Maliyyə Korporasiyasından (IFC) yeni kredit cəlb etmək niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında bankın Biznesin İnkişafı Departamentinin direktoru Xaliq İldırımzadə bildirib.

X.İldırımzadənin sözlərinə görə, bu ilin iyun ayının əvvəlində İstanbulda (Türkiyə) IFC-nin rəhbərliyi ilə «Amrahbank»ın nümayəndələri arasında görüş keçiriəcək. Görüşdə Azərbaycanda kiçik və orta sahibkarlıqla bağlı layihələrin maliyyələşdirilməsi üçün banka yeni kredit xəttinin açılması və digər məsələlər müzakirə olunacaq.

Cəlb olunacaq vəsaitin həcmini açıqlamayan X.İldırımzadə hazırda danışıqların ilkin mərhələdə olduğunu bildirib.

Xatırladaq ki, təsisçisi 4 yerli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Amrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 81,496 mln. manat, depozit portfeli 38,868 mln. manat, kredit portfeli 44,092 mln. manat, məcmu kapitalı 21,184 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR