Bank Of Baku

Azərbaycanda dolların birja məzənnəsi mayda 0,04% yüksəlib

Azərbaycanda dolların birja məzənnəsi mayda 0,04% yüksəlib
# 01 iyun 2010 12:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,04% düşüb.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ABŞ dollarının məzənnəsi 0,8034 AZN-dən 0,8037 AZN-dək qalxıb. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi may ayında 0,8036 AZN-ə bərabər olub. Halbuki, aprel ayında bu göstərici 0,8034 AZN təşkil edib.

Xatırladaq ki, bu ilin may ayında BBVB-nin valyuta bölməsində keçirilən 38 ticarət sessiyasında 10 bankın iştirakı ilə 27,655 mln. manat və ya 34,415 mln. dollar həcmində 28 alqı-satqı əqdi qeydə alınıb. Bu isə aprel ayı ilə müqayisədə 28,77% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR