Bank Of Baku

Mayda BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 29% azalıb

Mayda BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 29% azalıb
# 01 iyun 2010 12:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 38 ticarət sessiyasında 28 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 10 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatların həcmi 27,655 mln. manat və ya dollar ekvivalentində 34,415 mln. təşkil edib. Bu isə aprel ayı ilə müqayisədə 11,168 mln. manat və ya 28,77% azdır.

Hesabat ayında həmçinin, Birja Elektron Ticarət Sistemində (BEST) USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 1,811 mln. dollara çatıb, halbuki, hər əqdin orta həcmi 1,229 mln. dollar təşkil edib.

Eyni zamanda, may ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya «Azərbaycan Sənaye Bankı» (49,98%), «AGBank» (12,84%), «Paşa Bank» (12,66%), «AtaBank» (8,32%) və «Zaminbank» (6,77%) malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR