Aşağıdakı cədvəldə ölkədəki bankların mənfəətinin artım tempi (2009-cu ilin I rübü ilə müqayisədə) barədə məlumat verilir:
Banklar |
İllik dinamika (%) | |
1 | Parabank | 9,99 dəfə |
2 | Expressbank | 8,52 dəfə |
3 | Kövsər Bank | 6,15 dəfə |
4 | SilkWay Bank | 201,16 |
5 | YapıKredi Bank Azerbaijan | 105,50 |
6 | Kredo Bank | 96,47 |
7 | AccessBank | 68,08 |
8 | Melli İran Bankı - Bakı | 63,42 |
9 | Zamin Bank | 48,59 |
10 | Xalq Bank | 39,40 |
11 | Bank of Baku | 27,01 |
12 | Turanbank | - 2,85 |
13 | Deka Bank | - 26,42 |
14 | Günaybank | - 31,36 |
15 | Paşa Bank | - 32,69 |
16 | Bank Standard | - 34,20 |
17 | Amrahbank | - 34,39 |
18 | Azərbaycan Beynəlxalq Bankı | - 36,43 |
19 | Azər-Türk Bank | - 44,04 |
20 | DəmirBank | - 46,28 |
21 | Kapital Bank | - 53,55 |
22 | Rabitabank | - 60,55 |
23 | Birlik Bank | - 65,27 |
24 | AGBank | - 67,32 |
25 | Gəncəbank | - 68,48 |
26 | Bank Respublika | -89,57 |
27 | Texnikabank | - 89,69 |
28 | Atrabank | - 93,35 |
29 | Nikoil Bank | - 95,55 |
30 | AtaBank | - 97,24 |
31 | Azərbaycan Sənaye Bankı | - 97,61 |
32 | Unibank | - 97,65 |
33 | Bank of Azerbaijan | - |
34 | NBC Bank | - |
35 | Bank Avrasiya | - |
36 | United Credit Bank | - |
37 | Muğan Bank | - |
38 | Qafqaz İnkişaf Bankı | - |
39 | VTB Bank Azerbaijan | - |
40 | EuroBank | - |
41 | Azərbaycan Kredit Bankı* | - |
42 | Royal Bank* | - |
43 | AFB Bank* | - |
44 | Pakistan Milli Bankı – Bakı* | - |
45 | Naxçıvan Bank* | - |
46 | Debut Bank* | - |
47 | BTB Bank* | - |
* bu banklar göstəricilərini təqdim etməyib.
Qeyd edək ki, «Bank of Azerbaijan»ın son bir il ərzində zərəri 50,46% artaraq 260 min manata çatıb;
«NBC Bank» bu ilin yanvar-mart aylarını 356 min manat zərərlə, 2009-cu ilin birinci rübünü isə 924 min manat mənfəətlə başa vurub;
«Bank Avrasiya» ötən ilin yanvar-mart aylarını 552 min manat mənfəəti, bu ilin I rübünü isə 148 min manat zərərlə yekunlaşdırıb;
«United Credit Bank» yanvar-mart aylarında 1,064 mln. manat zərərlə üzləşib, bu isə ötən ilin I rübü ilə müqayisədə 2,1 dəfə çoxdur;
«Muğan Bank»ın mənfəəti bu ilin ilk üç ayında 729 min manat olub, ötən ilin yanvar-mart aylarını isə bank 637 min manat zərərlə başa vurub;
Yanvar-mart aylarında «Qafqaz İnkişaf Bankı»nın zərəri 317 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39% azdır;
«VTB Bank Azerbaijan»nın zərəri bu ilin ilk rübündə 942 min manat təşkil edib, ötən ilin yanvar-mart aylarını isə bank 51 min manat mənfəətlə başa vurub;
«EuroBank» isə bu ilin yanvar-mart aylarında 1,294 mln. manat həcmində mənfəət əldə edib, ötən ilin I rübündə bankın zərəri 1,145 mln. manat olub.