BFB-dan «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, hesabat dövründə korporativ qiymətli kağızlar (KQK) bazarı 6,6% azalıb. Korporativ istiqrazların ilkin bazarında 60 əqd üzrə 46 190 263,14 manatlıq yerləşdirmə qeyda alınıb, istiqrazların təkrar bazarında isə 39 572 036,11 manatlıq əqdlər bağlanılıb ki, ötən ilin yanvar-may ayları ilə müqayisədə istiqrazların ilkin bazarı 474 dəfə, təkrar bazarı isə 50% artıb.
Ümumiyyətlə, korporativ istiqrazlar bazarı yanvar-may aylarında 3,2 dəfə artıb.
Səhm bazarına gəldikdə isə, hesabat aylarında bu növ kağızlar üzrə qeydə alınan əqdlərin həcmi 56 969 153 manat təşkil edib və 2009-cu ilin yanvar-may aylarına nisbətən 2,2 dəfə azalıb. Səhmlərin ilkin bazarı 44,5%, təkrar bazarı isə 9,4 dəfə azalıb.
Korporativ qiymətli kağızlar üzrə
BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli
Bazarın seqmentləri | Yanvar-may, 2010 | Yanvar-may, 2009 | Nisbət | ||
Əqdlərin həcmi, | Əqdlərin | Əqdlərin həcmi, | Əqdlərin | ||
Korporativ istiqrazlar (yerləşdirmə) | 46 190 263,14 | 60 | 97 500,00 | 7 | -474 dəfə |
Korporativ istiqrazlar | 39 572 036,11 | 30 | 26 380 915,00 | 16 | 50% |
Kİ bazarı cəmi | 85 762 299,25 | 90 | 26 478 415,00 | 23 | 3,2 dəfə |
Səhmlər (yerləşdirmə) | 53 854 300,00 | 892 | 97 037 498,60 | 235 | -44,5% |
Səhmlər | 3 114 853,00 | 824 | 29 239 819,60 | 1 295 | -9,4 dəfə |
Səhm bazarı cəmi | 56 969 153,00 | 1 716 | 126 277 318,20 | 1 530 | -2,2 dəfə |
KQK bazarı cəmi | 142 731 452,25 | 1 806 | 152 755 733,20 | 1 553,00 | -6,6% |
Bundan başqa, cari ilin yanvar-may aylarında birjada dövlət istiqrazları (Dİ) bazarında da azalma müşahidə olunub. Belə ki, hesabat dövründə dövlət istqrazları bazarının həcmi 2 dəfə, o cümlədən istiqrazların ilkin bazarının həcmi 48,5%, təkrar bazarın həcmi isə 2,1 dəfə azalıb. Ümumiyyətlə, yanvar-may aylarında dövlət qiymətli kağızları (DQK) bazarının həcmi ötən ilin analoji dövrü ilə müqyaisədə 3,7 dəfə azalıb.
Dövlət qiymətli kağızları üzrə
BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli
Bazarın seqmentləri | Yanvar-may, 2010 | Yanvar-may, 2009 | Nisbət | ||
Əqdlərin həcmi, | Əqdlərin | Əqdlərin həcmi, | Əqdlərin | ||
Dİ (AR MN) (yerləşdirmə) | 108 314 128,48 | 42 | 198 338 388,80 | 102 | -48,5% |
Dİ (AR MN) | 63 639 630,42 | 16 | 135 498 543,04 | 70 | -2,1 dəfə |
Dİ bazarı cəmi | 171 953 758,90 | 58 | 333 836 931,84 | 172 | -2 dəfə |
Notlar (AR MB) (yerləşdirmə) | 78 539 020,96 | 78 | 201 885 564,12 | 119 | -2,6 dəfə |
Notlar (AR MB) | 0,00 | 0 | 65 785 072,32 | 37 | - |
Not bazarı cəmi | 78 539 020,96 | 78 | 267 670 636,44 | 156 | -3,4 dəfə |
Repo əməliyyatları | 346 003 043,77 | 358 | 1 576 890 201,65 | 336 | -4,6 dəfə |
DQK bazarı cəmi | 596 495 823,63 | 494 | 2 178 397 769,93 | 664 | -3,7 dəfə |
Dİ – dövlət istiqrazları;
AR MN – Azərbaycan Maliyyə Nazirliyi;
AR MB – Azərbaycan Mərkəzi Bankı;
DQK – dövlət qiymətli kağızları;
KQK – korporativ qiymətli kağızlar.