Bank Of Baku

Azərbaycanda Mərkəzi Bankı bank sektorunun dəstəklənməsini azaldır

Azərbaycanda Mərkəzi Bankı bank sektorunun dəstəklənməsini azaldır
# 02 iyun 2010 07:48 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin aprelində son 5 ay ərzində ilk dəfə AMB tərəfindən bank sisteminə ayrılan birbaşa mərkəzləşdirilmiş kreditlərin azalması baş verib. Belə ki, apreldə bu həcmin 23,6 mln. manat və ya 1,7% azalması müşahidə olunub.

Qeyd edək ki, cari ilin əvvəlindən bank sisteminə ayrılan mərkəzləşdirilmiş kreditlərin həcmi 23 mln. manat və ya 1,8% artıb.

Yenidənmaliyyələşdirmə portfelinin azalması Azərbaycan bank sistemində likvidlik probleminin səngiməsi və bankların Mərkəzi Bankın dəstəyinə ehtiyacının azaldığını göstərir. Lakin bunun tam sübutu üçün yenidənmaliyyəşdirmənin azalması tendensiyasının davam etməsi vacibdir ki, yalnız bu halda həmin problemin həqiqətən tədricən aradan qalxması barədə dəqiq fikir söyləmək mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR