Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti avrobond emissiyasına hazırlaşır

Azərbaycan Dövlət Neft Şirkəti avrobond emissiyasına hazırlaşır
# 02 iyun 2010 07:55 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in vitse-prezidenti Süleyman Qasımov bildirib.

S.Qasımovun sözlərinə görə, ARDNŞ tərəfindən ilkin addımlar atılıb, hesabatlar auditdən keçirilib və şirkət lazımi beynəlxalq reytinqlər alıb. Avrobondların emissiyası prosesində ARDNŞ-in məsləhətçisi qismində «Citibank» çıxış edir.

«Artıq bank növbəti tövsiyələrini verib və bu istiqamətdə şirkət tərəfindən işlər aparılır», - deyə ARDNŞ rəsmisi əlavə edib.

Avrobondların nə zaman buraxılacağına gəlincə, S.Qasımov «Biz deyə bilmərik ki, avrobondları bu il buraxacağıq. Hazırlıq işlərini görürük və bizə lazım olan zaman emissiyasına başlayacağıq», - deyə bildirib.

Şirkət rəsmisi onu da əlavə edib ki, ilkin araşdırmaların nəticəsi olaraq ARDNŞ-ə ABŞ bazarında marağın olduğu əsas gətirilərək avrobondların bu bazarda yerləşdirilməsi tövsiyə olunur.

S.Qasımov «Standard & Poor’s» şirkətindən reytinq alınması ilə bağlı işlərin davam etdiyini də vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR