Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti xaricdən iri kredit cəlb edəcək

Azərbaycan Dövlət Neft Şirkəti xaricdən iri kredit cəlb edəcək
# 02 iyun 2010 08:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «Azərikimya» İstehsalat Birliyinin tabeliyindəki müəssisələrin modernləşdirilməsi işlərinə 100 mln. ABŞ dolları həcmində kredit cəlb etməyi planlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in vitse-prezidenti Süleyman Qasımov bildirib.

Kreditin konkret olaraq hansı bankdan cəlb olunacağı barədə açıqlama verməyən S.Qasımov hazırda bununla bağlı potensial kreditorlarla ilkin danışıqların aparıldığını vurğulayıb.

«Mütəxəssislərimiz ümumi dəyəri 100 mln. dollar olan iki layihə üzərində iş aparır. Biz də təklifərimizi vermişik və ola bilsin ki, bu layihələrə dövlət zəmanəti əsasında kredit cəlb olunsun», - deyə ARDNŞ vitse-prezidenti vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR