Bank Of Baku

Azərbaycan əhalisi nağd rubl ilə əməliyyatları kəskin artırıb

Azərbaycan əhalisi nağd rubl ilə əməliyyatları kəskin artırıb
# 02 iyun 2010 10:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən nağd Rusiya rublunun banklardan alışı həcmi 2010-cu ilin yanvar-aprel aylarında 321 391 300 rubl, satış həcmi isə 407 974 400 rubl təşkil edib. Azərbaycan Mərləzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə alışın həcmi 6,6 dəfə, satışın həcmi isə 90% artıb.

Təkcə aprel ayında nağd rublun alışı aylıq müqayisədə 7,5 dəfə, illik müqayisədə 24 dəfə artıb. Nəticədə, cari ilin 4-aylıq alış həcmi ötən ilin ümumi göstəricisini 1,6 dəfə üstələyir.

Qeyd edək ki, nağd rublla Azərbaycan daxilində əməliyyatlar Rusiyadan gətirilmiş valyutanın satışı və Rusiyaya gedənlər tərəfindən valyutanın alışı hesabına formalaşır, çünki ölkə daxilində (Azərbaycanın şimal bölgəsində, Rusiya ilə həmsərhəd zonasının bir-iki hissəsi istisna olmaqla) rubl hesablaşma valyutası kimi istifadə olunmur. Belə olan halda həmin əməliyyatların, xüsusən də rublun alışının kəskin artmasının səbəbləri qeyri-müəyyən qalır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR