Bank Of Baku

2009-cu ildə dünya üzrə hərbi xərclər rekord həddə çatıb

2009-cu ildə dünya üzrə hərbi xərclər rekord həddə çatıb
# 02 iyun 2010 13:12 (UTC +04:00)
Bakı – APA-Economics. Ötən il dünya üzrə hərbi xərclər rekord həddə - 1,53 trln. dollara çatıb.

APA-Economics”in AFP-yə istinadən məlumatına görə, hesablama Stokholm Beynəlxalq Sülh Tədqiqatı İnstitutu (SİRPİ) tərəfindən aparılıb.

Hesablamalara əsasən, cari göstərici 2008-ci illə müqayisədə 5,9%, 2000-ci illə müqayisədə 40% artıb. Bu isə o deməkdir ki, qlobal maliyyə-iqtisadi böhranı hərbi sənaye sahəsinə əhəmiyyətli dərəcədə təsir etməyib.

Dünya üzrə hərbi xərclərin ən böyük hissəsi - 43%-i ABŞ-ın payına düşür. 2009-cu ildə Birləşmiş Ştatların 661 mlrd. dollar təşkil edib. İkinci yerdə Çin (100 mlrd. dollar), üçüncü yerdə Fransa (63,9 mlrd. dollar) gəlir. İlk beşliyi Böyük Britaniya (58 mlrd. dollar) və Rusiya (53 mlrd. dollar) tamamlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR