Bank Of Baku

«Turanbank» daha bir pulköçürmə sisteminə qoşulub

«Turanbank» daha bir pulköçürmə sisteminə qoşulub
# 02 iyun 2010 13:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC «Zolotaya Korona» pulköçürmə sisteminə qoşulub. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu sistem müştərilərə Rusiya, MDB və digər ölkələrə ABŞ dolları, Rusiya rublu və avroda pul köçürmələrinə imkan yaradır. Qeyd edək ki, MDB və Rusiyaya pul köçürmələri üçün komisyon haqqı 1,5% təşkil edir.

Bununla da «Turanbank»ın qoşulduğu pulköçürmə sistemlərinin ümumi sayı 8-ə çatıb («Western Union», «Contact», «Migom», «Bıstraya poçta», «PrivatMoney», «Xpress Money», «Allyur» və «Zolotaya Korona»).

Pulköçürmə xidmətləri Bakı, Sumqayıt, Gəncə, Tovuz, Ağstafa və Zaqatalada yerləşən bankın bütün filiallar vasitəsilə göstərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR