Bank Of Baku

Azərbaycan Sənaye Bankı Sumqayıtın tibb işçiləri üçün xüsusi kredit şərtləri tətbiq edir - FOTO

Azərbaycan Sənaye Bankı Sumqayıtın tibb işçiləri üçün xüsusi kredit şərtləri tətbiq edir - <font color=red>FOTO</font>
# 02 iyun 2010 13:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Sənaye Bankı (ASB) “Peşəyə Dəstək” kampaniyası çərçivəsində Sumqayıt şəhər Səhiyyə Şöbəsi ilə «Səhiyyə şöbəsinin tabeçiliyində olan xəstəxana və poliklinikalarda işləyən işçi heyətinə xüsusi kredit şərtlərinin tətbiq edilməsi üzrə əməkdaşlıq protokolu» imzalayıb.

Bu barədə «APA-Economics»ə «Azersun Holding» Şirkətlər Qrupunun mətbuat xidmətindən məlumat verilib.

İmzalanma mərasimində ASB İdarə Heyəti sədrinin müavini Cenk Bartın və Sumqayıt şəhər Səhiyyə Şöbəsinin baş həkimi Rauf Sadıxov iştirak edib.

C.Bartın bildirib ki, ASB burada sadəcə maliyyə xidməti verən bir qurum olaraq deyil, həm də həkimlərin və tibb işçilərinin maliyyə ehtiyaclarını yaxşı analiz edərək onlara ən uyğun məhsul növünü və xidmətləri təqdim edir.

Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CI Bank» kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin may ayının 1-nə bankın aktivlərinin həcmi 109 984 mln. manat, depozit portfeli 76 873 mln. manat, kredit portfeli 71 430 mln. manat, məcmu kapitalı 29 674 mln. manat, o cümlədən nizamnamə kapitalı 22 114 mln. manat təşkil edir. Bankın respublika üzrə 9 filialı, 24 bankomatı və 259 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin sayı 14 mindir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR