Bank Of Baku

Azərbaycan Bank Tədris Mərkəzi iyunda 10 mövzu üzrə kurslar keçirəcək

Azərbaycan Bank Tədris Mərkəzi  iyunda 10 mövzu üzrə kurslar keçirəcək
# 02 iyun 2010 13:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) tədris planına uyğun olaraq bu ilin iyun ayının sonunadək 10 mövzu üzrə kursların keçirilməsini nəzərdə tutub.

ABTM-dən «APA-Economics»ə verilən məlumata görə, kurslar ipoteka kreditləri, təcili pul köçürmələri və ödəniş sistemləri, FOREX bazarında valyuta əməliyyatları, əməliyyat risklərinin idarə edilməsi, satışın təşviqi, reklam və ictimai əlaqələr, beynəlxalq maliyyə hesabatlığı standartları, lizinq əməliyyatlarının idarə edilməsi, strateji idarəetmə və vaxtın idarə edilməsi mövzularını əhatə edəcək.

ABTM Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsi olaraq Avropa Birliyinin TACIS proqramının köməyi ilə yaradılıb və 2000-ci ilin fevral ayından fəaliyyət göstərir. ABTM kommersiya bank işi və biznesin idarə edilməsi üzrə 1847 dinləyicinin iştirak etdiyi 116 kurs keçirərək, Azərbaycanın ən böyük təlim müəssisəsi mövqeyini qoruyub saxlayıb. ABTM hazırda Avropa Yaşlıların Təhsili Assosiasiyası, Avropa Bank Tədrisi Şəbəkəsi və Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR