AMB-dən «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən valyuta ehtiyatlarının həcmi 199,3 mln. dollar və ya 3,7% artıb, mayda isə 140,7 mln. dollar və ya 2,6% azalıb:
Valyuta ehtiyatlarının aprel və may aylarında azalması dünya bazarlarında dollar və avronun məzənnəsinin dinamikası ilə bağlı olub. Belə ki, avro dollara qarşı ucuzlaşdığına görə, avroda saxlanılan valyuta ehtiyatlarının dəyəri dollar ekvivalentində azalır.