Bank Of Baku

«DəmirBank» və IFC texniki dəstək proqramında iştirakla bağlı müqavilə imzalayıb

«DəmirBank» və IFC texniki dəstək proqramında iştirakla bağlı müqavilə imzalayıb
# 02 iyun 2010 14:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) texniki dəstək proqramında iştirak barədə müqavilə imzalayıb. Bankın baş ofsindən «APA-Economics»ə verilən məlumata görə, bu proqramda iştirak «DəmirBank»a beynəlxalq təcrübədən və xarici ekspertlərin konsaltinq xidmətindən istifadə edərək nəzərdə tutulan fəaliyyət istiqamətlərini gücləndirməyə imkan verəcək.
Proqramda kredit portfelinin və risklərin idarə edilməsi, menecment informasiya sistemi, insan resurslarının idarə edilməsi, daxili auditin inkişafı istiqamətində texniki dəstəyin göstərilməsi nəzərdə tutulub.
İmzalanan müqavilə proqramın 1-ci modulu üzrə işləri əhatə edir. Birinci modul üzrə maliyyələşmənin 50%-ni IFC, qalan hissəsini isə «DəmirBank» həyata keçirəcək. Layihənin birinci modulu 6 ay davam edəcək. Layihə üzrə xarici ekspertlər cəlb ediləcək.
Layihədə iştirak ilə bağlı IFC uzunmüddətli qiymətləndirmə əsasında namizəd şirkətləri seçib. Layihənin maliyyələşməsinə digər xarici maliyyə təşkilatları maraq göstərib ki, onların da layihəyə cəlb edilməsi nəzərdə tutulur.
Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarovun sözlərinə görə, bankda həyata keçirilən geniş islahatlar çərçivəsində institusional inkişaf və biznes proseslərinin təkmilləşdirilməsi üzrə böyük işlər aparılır. «Bankın bu layihədə iştirakı nəzərdə tutulan istiqamətlərdə fəaliyyətini inkişaf etdirmək və yeni səviyyəyə qaldırmaq məramını əks etdirir. Digər tərəfdən isə «DəmirBank»ın bu proqramda iştirakı ilə bağlı IFC-nin qiymətləndirmə prosesi nəticəsində seçilməsi müsbət bir göstəricidir», - deyə Y.Cabbarov bildirib.
Qeyd edək ki, «DəmirBank» 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR