Bank Of Baku

«Bank Respublika» tezliklə xarici borclarını ödəmək niyyətindədir

«Bank Respublika» tezliklə xarici borclarını ödəmək niyyətindədir
# 03 iyun 2010 06:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC-nin xarici maliyyə qurumlarına olan borcunun həcmi 120 mln. manata çatıb ki, bunun da çox hissəsi uzunmüddətli kreditlərin payına düşür. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin üzvü Aqşin Əmirov bildirib.

A.Əmirovun sözlərinə görə, xarici borcların bir hissəsi bu il, qalanı isə növbəti ilin birinci rübünün sonunadək hissə-hissə ödəniləcək.

Xatırladaq ki, «Bank Respublika» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasında səhmdar kapitalında «25%+1 səhm» paketinə sahib olan Almaniyanın 2 maliyyə təşkilatı – «DEG İnvestisiya Şirkəti» və «Sparkassen International Development Trust» təmsil olunur. Hazırda bankın ölkə üzrə 28 filialı, 44 bankomatı və 254 POS-terminalı mövcuddur.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 334,484 mln. manat, depozit portfeli 153,807 mln. manat, kredit portfeli 177,032 mln. manat, məcmu kapitalı 56,049 mln. manat, o cümlədən nizamnamə kapitalı 30,578 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR