Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının sədri Avropa Yenidənqurma və İnkişaf Bankı Direktorlar Şurasının üzvləri ilə görüşüb

Azərbaycan Mərkəzi Bankının sədri Avropa Yenidənqurma və İnkişaf  Bankı Direktorlar Şurasının üzvləri ilə görüşüb
# 03 iyun 2010 07:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Bakıda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Direktorlar Şurasının üzvlərini qəbul edib.

AMB-dən APA-economicsə verilən məlıumata görə, görüşdə AYİB-in Direktorlar Şurasının üzvü və Azərbaycan üzrə nümayəndəsi Verner Qruber təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlıqdan məmnun olduğunu bildirib. AYİB-in Azərbaycanın bank sektoru ilə uğurlu əməkdaşlıq etdiyini vurğulayan nümayəndə heyətinin üzvləri bu əlaqələrin gələcəkdə də davam etdiriləcəyini qeyd ediblər.

E.Rüstəmov isə ölkənin AYİB-lə ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini bildirərək Avropa Bankının Azərbaycanın bank sistemində iştirakını da təqdirəlayiq hesab edib.

Görüşdə 2011-2013-cü illər üzrə ölkə strategiyasının hazırlanmasına dair fikir mübadiləsi, həmçinin Azərbaycanla Avropa strukturları arasında iqtisadi əməkdaşlıq, o cümlədən Azərbaycanın maliyyə-bank sektorunun fəaliyyəti yüksək qiymətləndirilib.

Görüşün sonunda AMB ilə AYİB arasında qarşılıqlı iqtisadi əməkdaşlığın və hər iki qurum arasında əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR