Bank Of Baku

ABŞ-ın dövlət borcu rekord həddə çatıb

ABŞ-ın dövlət borcu rekord həddə çatıb
# 03 iyun 2010 08:09 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın dövlət borcu rekord həddə çataraq, cari ilin iyun ayının 1-nə 13 trln. dollar təşkil edib.

APA-Economics”in xəbərinə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat yerləşdirilib.

“The Washington Times”in yazdığına görə, indi hər bir ABŞ vətəndaşının borcu 42 min dollar təşkil edir. İyunun 2-də Pittsburda çıxış edən ABŞ prezidenti Barak Obama bildirib ki, bu qədər milli borcun yaranmasında onun administrasiyası günahkar deyil. Çünki o, böhranın ən kəskin dövründə səlahiyyətlərinin icrasına başlayıb. həmin vaxt büdcə kəsiri 3 trln. dollar olub.

Obama Corc Buşun adını çəkməsə də, dövlət borcunun artmasına özündən əvvəlki administrasiyanın yürütdüyü siyasətin səbəb olduğuna işarə vurub. “CBS News” kiçik Buşun 8 illik prezidentliyi dövründə dövlət borcunun 4,9 trln. dollar artdığını qeyd edir.

Qeyd edək ki, bu ilin fevralında Barak Obama dövlət borcunun limitinin 12,4 trln. dollardan 14,3 trln. dollara yüksəldilməsini nəzərdə tutan sənədi imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR