Bank Of Baku

Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası yubileyini qeyd edib

Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası yubileyini qeyd edib
# 03 iyun 2010 08:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bakıda Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının (ALŞA) fəaliyyətinin 5 illiyinə həsr olunmuş tədbir keçirilib. «APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən ALŞA-nın prezidenti Elçin Əhmədov bu müddət ərzində təşkilatın gördüyü işlər və əldə etdiyi nailiyyətlərdən danışıb.

E.Əhmədovun sözlərinə görə, indiyədək assosiasiyaya 9 lizinq şirkəti üzv olub. Yaxın günlərdə «Bank Standard» QSC-nin törəmə müəssisəsi olan «Standard Lizinq» şirkətinin də quruma üzv olacağı gözlənilir. «Bildiyiniz kimi, bazarda yeni lizinq şirkətləri yaranır, bu isə Azərbaycanda hələ də lizinq bazarının xidmətlərinə ehtiyac olduğunu, eyni zamanda ölkənin lizinq sektiorunun inkişaf etdiyini göstərir», - deyə ALŞA rəhbəri vurğulayıb.

Daha sonra E.Əhmədov lizinq sahəsində yeni qanun layihəsinin də hazırlandığını bildirib: «Bu qanun layihəsinin hazırlanmasında ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Beynəlxlaq Maliyyə Korporasiyası və digər təşkilatlar yaxından köməklik göstərib. Layihə hazırlanıb və hökumətə təqdim edilib ».

Qeyd edək ki, tədbirdə ALŞA-ya üzv olan lizinq şirkətləri, həmçinin bir sıra kommersiya banklarının nümayəndələri də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR