Bank Of Baku

Azərbaycanda pul bazasının artımı davam edir

Azərbaycanda pul bazasının artımı davam edir
# 03 iyun 2010 10:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2010-cu ilin iyun ayının 1-nə 5 012,6 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin iyunun 1-nə olan göstərici ilə müqayisədə pul bazası 1 192,1 mln. manat və ya 31,2% artıb.

Eyni zamanda, cari ilin may ayı ərzində pul bazasında 56,5 mln. manatlıq və ya 1,1%-lik artım baş verib. Xatırladaq ki, apreldə bu göstərici 54,1 mln. manat və ya 1,1%, martda 243,9 mln. manat və ya 5,2%, fevralda 99 mln. manat və ya 2,2% artıb, yanvarda isə 301,9 mln. manat və ya 6,2% azalıb. Nəticədə, pul bazası ilin əvvəlindən 151,6 mln. manat və ya 3,1% artıb.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və kommersiya banklarının mərkəzi bankda saxlanılan vəsaitləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR