Bank Of Baku

«Amrahbank» müştərilərə yeni kredit məhsulunu təklif edir

«Amrahbank» müştərilərə yeni kredit məhsulunu təklif edir
# 03 iyun 2010 11:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Amrahbank» ASC kredit məhsullarının çeşidinin artırılması strategiyasına müvafiq olaraq qızıl və qızıl əşyalarının girovu ilə təmin edilmiş mikrokreditlərin ayrılmasına başlayıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, mikrokreditlər illik 30-32% dərəcəsi ilə maksimum 5 min manat (və ya dollar), 18 ay müddətinə verilir. Kredit aylıq, azalan qrafiklə, bərabər hissələrlə (annuitet) qaytarılır.
Bankın İdarə Heyətinin üzvü Mehman Məmmədovun sözlərinə görə, qızıl və qızıl əşyalarının girovu ilə təmin edilmiş bu kreditlər əsasən kiçik və orta istehlakçı qrupları üçün nəzərdə tutulub.
M.Məmmədov bildirib ki, bank tərəfindən kredit məhsullarının əhalinin bütün təbəqələrini əhatə etməsi istiqamətində işlər davam etdiriləcək.
Xatırladaq ki, təsisçisi 4 yerli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Amrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 81,496 mln. manat, depozit portfeli 38,868 mln. manat, kredit portfeli 44,092 mln. manat, məcmu kapitalı 21,184 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR