Bank Of Baku

«Bank Standard» nizamnamə kapitalını artırır

«Bank Standard» nizamnamə kapitalını artırır
# 03 iyun 2010 11:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Bank Standard» QSC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dən «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 100 manat, sayı 104 min ədəd, emissiyanın ümumi həcmi isə 10,4 mln. manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə yerləşdirilməsi planlaşdırılır. Birja mütəxəssislərinin fikrincə, «Bank Standard»ın səhmlərinin yerləşdirilməsinə artıq iyun ayında başlanılacaq. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə bankın nizamnamə kapitalı 16,1% artaraq 74,9 mln. manata çatacaq.

Qeyd edək ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın aktivlərinin həcmi 589,049 mln. manat, kredit portfeli 391,649 mln. manat, depozit portfeli 211,994 mln. manat, məcmu kapitalı 74,442 mln. manat, o cümlədən nizamnamə kapitalı 64,5 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR