Bank Of Baku

Asiya İnkişaf Bankı «Garadagh Cement»ə kredit ayırıb

Asiya İnkişaf Bankı «Garadagh Cement»ə kredit ayırıb
# 03 iyun 2010 11:40 (UTC +04:00)
AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumat görə, kredit illik istehsalın 30% artırılaraq 1,7 mln. tona çatdırılmasına və yanacağın istifadəsinin səmərəliliyinin artırılmasına yönəldiləcək. Sözügedən vəsait AİB tərəfindən bu regionda özəl sektorda infrastruktur layihəsi üçün ayrılan ilk kreditdir. Layihənin ümumi dəyəri 325 mln. avro təşkil edir ki, «Garadagh Cement» ASC 120 mln. avronu Avropa Yenidənqurma Bankından (AYİB), 20 mln. avronu isə AİB-dən cəlb edib.

Qeyd edək ki, bundan öncə «Garadagh Cement» ASC-yə AYİB tərəfindən yeni sobanın inşası üçün 120 mln. avro məbləğində kredit ayrılıb. Zavodda yeni sobanın inşası nəticəsində «Garadagh Cement» illik sement istehsalını 1,3 mln. tondan 1,7 mln. tonadək artıracaq. Yeni sobanın inşasının 2011-ci ilin II rübündə başa çatacağı gözlənilir.

Xatırladaq ki, «Garadagh Cement» ASC-nin əsas səhmdarları rolunda İsveçrənin «Holcim» şirkəti (76%), AYİB (10%) və Azərbaycan İnvestisiya Şirkəti (10%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR