Bank Of Baku

Azərbaycanın AZIPS sistemi üzrə ödənişlər mayda artıb

Azərbaycanın AZIPS sistemi üzrə ödənişlər mayda artıb
# 03 iyun 2010 12:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS) ilə həyata keçirdiyi ödənişlərin həcmi 2010-cu ilin may ayında 6,686 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin aprel ayı ilə müqayisədə bu göstərici 491 mln. manat və ya 8% artıb.

Qeyd edək ki, ödənişlərin sayında azalma müşahidə olunur. Belə ki, 2010-cu ilin aprelində 34 min ödəniş aparılmışdırsa, may ayında bu göstərici 30 minə düşüb ki, bu da ödənişlərin məbləğinin artdığını göstərir. Belə ki, aprel ayı ərzində ödənişlərin məbləği orta hesabla 182,2 min manata bərabər olduğu halda, mayda bu göstərici 22,3% artaraq 222,9 min manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR