Bank Of Baku

«Parabank» təhsil işçiləri üçün kreditlər təklif edir

«Parabank» təhsil işçiləri üçün kreditlər təklif edir
# 03 iyun 2010 13:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC «DNS Computers» şirkəti ilə iş birliyinə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Parabank»ın iştirakı ilə «DNS Computers» şirkəti təhsil işçilərinə «HP», «Acer», «Apple», «Toshiba», «Sony», «Samsung» və digər model noutbukların əldə edilməsi üçün kredit təklif edir. Təqdim olunan kreditlər təhsil sahəsində çalışanlara qrup şəklində minimum 5 nəfərin iştirakı ilə, əmək haqqının 6 misli dəyərində və 1000 manata qədər verilir.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 94,993 mln. manat, depozit portfeli 58,154 mln. manat, kredit portfeli 64,721 mln. manat, məcmu kapitalı 13,134 mln. manat, o cümlədən nizamnamə kapitalı 15,570 mln. manat olub.

Hazırda bankın ölkə üzrə 15 filialı, 10 bankomatı və 127 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR