Bank Of Baku

«Azal Sığorta» şirkəti nizamnamə kapitalını artırır

«Azal Sığorta» şirkəti nizamnamə kapitalını artırır
# 03 iyun 2010 14:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyun ayının 18-də Bakı Fond Birjasında (BFB) «Azal Sığorta» şirkətinin adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, artıq BFB-nın qeyri-kotirovka vərəqəsinə daxil edilmiş səhmlərin ümumi sayı 5 min ədəd, qiyməti 400 manat, emissiyanın həcmi isə 2 mln. manat təşkil edir. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Standard Capital» MMC çıxış edəcək. Səhmlərin yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə «Azal Sığorta»ın nizamnamə kapitalı 2 dəfə artaraq 4 mln. manata çatacaq.

Qeyd edək ki, təsisçisi «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti olan «Azal Sığorta» şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edir.

Xatırladaq ki, nizamnamə kapitalı normalara cavab vermədiyinə görə bu ilin may ayında «Azal Sığorta» şirkətinin lisenziyası Maliyyə Nazirliyi tərəfindən dayandırılıb. Şirkət bu ilin avqust ayınadək lisenziyasını bərpa edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR