Bank Of Baku

Azərbaycandakı bankların likvidlik əmsalı üzrə renkinqi

Azərbaycandakı bankların likvidlik əmsalı üzrə renkinqi
# 03 iyun 2010 14:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarının 2010-cu ilin aprel ayının 1-nə müxtəlif maliyyə göstəriciləri üzrə renkinqlərinin hazırlanması layihəsi çərçivəsində «APA-Economics» bu dəfə bankların likvidlik əmsalı üzrə sıralamasını təqdim edir.

İqtisadi nəzəriyyəyə əsasən, bu əmsalın müxtəlif hesablama mexanizmləri mövcuddur. Bunlardan biri də bankların mövcud kredit portfelinin depozit portfelinə nisbətinin hesablanması əsasında çıxarılır.

Bu əmsalın hesablanması bizə bankların cari likvidliyi barədə məlumat verir. Həmin göstərici daha çox bankda depozit açan müştərilər (hüquqi və fiziki şəxslər) üçün maraqlıdır. Çünki məhz bu kateqoriyadan olan müştərilər üçün bankların onların qarşısında olan öhdəliklərinin operativ şəkildə icra etmək qabiliyyətinin qiymətləndirilməsi çox vacibdir.

Aşağıdakı cədvəldə ölkədəki bankların likvidlik əmsalı (01.04.2010-cu il vəziyyətinə) barədə məlumat verilir:

Banklar

Kredit/Depozit

1

Birlik Bank

34,84

2

Qafqaz İnkişaf Bankı

9,22

3

Gəncəbank

8,60

4

NBC Bank

5,78

5

AccessBank

4,04

6

SilkWay Bank

3,70

7

Kredo Bank

3,70

8

Azərbaycan Kredit Bankı

3,66

9

Atrabank

3,62

10

Zamin Bank

3,61

11

Deka Bank

3,10

12

Günaybank

3,09

13

Melli İran Bankı - Bakı

2,65

14

Expressbank

2,54

15

Nikoil Bank

2,54

16

Xalq Bank

2,14

17

United Credit Bank

2,12

18

Bank of Azerbaijan

2,08

19

Texnikabank

2,01

20

Azərbaycan Beynəlxalq Bankı

1,99

21

Muğan Bank

1,94

22

Bank Standard

1,85

23

DəmirBank

1,83

24

VTB Bank Azerbaijan

1,82

25

Turanbank

1,71

26

AGBank

1,61

27

Unibank

1,51

28

Rabitabank

1,39

29

Bank of Baku

1,36

30

Azər-Türk Bank

1,36

31

Bank Respublika

1,15

32

Amrahbank

1,13

33

Parabank

1,11

34

Royal Bank

1,10

35

Bank Avrasiya

0,93

36

YapıKredi Bank Azerbaijan

0,92

37

Azərbaycan Sənaye Bankı

0,87

38

AtaBank

0,85

39

Paşa Bank

0,84

40

Kapital Bank

0,82

41

Kövsər Bank*

-

42

AFB Bank*

-

43

Pakistan Milli Bankı – Bakı*

-

44

EuroBank*

-

45

Naxçıvan Bank*

-

46

Debut Bank*

-

47

BTB Bank*

-


* «Kövsər Bank» İslam bankçılığı prinsiplərinə uyğun fəaliyyət göstərdiyi üçün faizlə kreditlər təklif etmir; digər banklar isə göstəricilərini təqdim etməyib.

Likvidlik əmsalına gəldikdə isə, beynəlxalq standartlara əsasən, bu göstəricinin optimal həddi 0,9-dan 1,1-ə bərabər və ya maksimum bundan bir qədər yüksək ola bilər. Yəni, kredit və depozit portfelinin eyni səviyyədə olması daha səmərəli sayılır.
Həmçinin, faktiki göstərici 1,1-dən nə qədər yüksək olsa, deməli bankın cari likvidliyi də bir o qədər zəifləyir.

Renkinqdən göründüyü kimi, adları çəkilən 40 bankdan yalnız 4-də («Parabank», «Royal Bank», «Bank Avrasiya» və «YapıKredi Bank Azerbaijan») likvidlik əmsalı normal hesab oluna bilər. Yəni, bu banklar depozit açmaq istəyən müştərilər üçün daha etibarlı bank sayıla bilər.

Qeyd edək ki, siyahıya başçılıq edən «Birlik Bank», «Gəncəbank» və «Qafqaz İnkişaf Bankı»nda bu əmsal təxminən 8-34 diapazonunda dəyişir. Yəni, bu banklarda kredit portfeli depozitlərin həcmini 8-34 dəfə üstələyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR