Bank Of Baku

Azərbaycanın XÖHKS sistemi üzrə ödənişlər mayda azalıb

Azərbaycanın XÖHKS sistemi üzrə ödənişlər mayda azalıb
# 04 iyun 2010 07:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində (XÖHKS) ödənişlərin həcmi 2010-cu ilin may ayında 505 mln. manata bərabər olub. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, aprel ayı ilə müqayisədə bu göstərici 5 mln. manat və ya 1% azalıb.

Qeyd edək ki, XÖHKS sistemi ilə aparılan ödənişlərin sayı mayda 0,2% artaraq 891 minə çatıb, bu da ödənişlərin miqdarlarının bir qədər azaldığını göstərir. Belə ki, may ayında xırda ödənişlərin məbləği orta hesabla 566,8 manat təşkil edib ki, bu da analoji aprel göstəricisindən (573,7 manat) 1,2% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR