Bank Of Baku

Azərbaycanda daha iki kredit ittifaqı dövlət qeydiyyatına alınıb

Azərbaycanda daha iki kredit ittifaqı dövlət qeydiyyatına alınıb
# 04 iyun 2010 07:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu ilin may ayında Azərbaycanda yaradılmış iki kredit ittifaqı dövlət qeydiyyatına alınıb. «APA-Economics»in məlumatına görə, Vergilər Nazirliyində «bir pəncərə» sistemi üzrə dövlət qeydiyyatına alınmış «Kompass Kredit İttifaqı» MMC Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Ağa Nemətulla küçəsi,7 ünvanında yerləşir. Nizamnamə kapitalı 4 min manat olan kretdit ittifaqının qanuni təmsilçisi Samiq Məmmədovdur. Şirkətin Müşahidə Şurasının üzvləri qismində fiziki şəxslər – Oqtay Vəliyev, Rəfiqə Hüseynova və İbrahimxəlil Hüseynov çıxış edirlər. Şirkətin təsisiçisi 11 fiziki şəxsdir.

Qusar rayonu, Vəliyev küçəsi,191A ünvanında qeydiyyatdan keçmiş «Fermer Kredit İttifaqı» MMC-nin də nizamnamə kapitalı 4 min manat təşkil edir. Qanuni təmsilçisi Binyam Zalov olan kredit ittifaqının təsisçisi qismində 11 fiziki şəxs çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR