Bank Of Baku

«TBC Kredit» yeni kredit məhsulunun tətbiqinə başlayıb

«TBC Kredit» yeni kredit məhsulunun tətbiqinə başlayıb
# 04 iyun 2010 08:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Məzuniyyətlər mövsümü ərəfəsində «TBC Kredit» qeyri-bank kredit təşkilatı səyahətlər üçün kreditlərin verilməsinə başlayıb.

«TBC Kredit»dən «APA-Economics»ə verilən məlumata görə, 12 ay müddətinə, illik 26% və girovsuz verilən səyahət üçün kreditlərin minimal həcmi 300 manat, maksimal həcmi isə 4 min manat ola bilər. Krediti alarkən sifarişçi səhayət paketinin ümumi dəyərinin 15%-dək hissəsini ilkin ödəniş etməlidir.

Krediti almaq istəyənlər Azərbaycan vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi, iş yerindən və gəliri barədə arayışlar təqdim etməlidir. Həmçinin, kredit götürənə bir nəfər zəmanət durmalıdır.

Xatırladaq ki, «TBC Kredit» 1999-cu ilin dekabrında «Shore Overseas Azerbaijan Credit» (SOA Credit) qeyri-bank kredit təşkilatı adı ilə yaradılıb. «SOA Credit» qeyri-bank kredit təşkilatının brendi 2007-ci ilin may ayında dəyişərək «TBC Kredit» olub. Brendin dəyişməsi Gürcüstanın aparıcı bankı olan «TBC Bank»ın təşkilatın yeni təsisçisi olması ilə əlaqədardır. Ötən ilin əvvəlində «SOA Credit»in nizamnamə kapitalındakı 75%-lik iştirak payı Gürcüstanın «TBC Bank»ına satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR