Bank Of Baku

Bakıda «Kredit risklərinin idarə edilməsinə yeni baxış» mövzusunda seminar keçiriləcək

Bakıda «Kredit risklərinin idarə edilməsinə yeni baxış» mövzusunda seminar keçiriləcək
# 04 iyun 2010 09:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin iyun ayının 14-də Azərbaycan Mərkəzi Bankının (AMB) dəstəyi ilə Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) «Kredit risklərinin idarə edilməsinə yeni baxış» mövzusunda seminar keçirəcək.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, seminar yeni modellərin və proseslərin tətbiqi, yeni stress-test metodları və risk iştahaları, kredit risklərinin yeni nəsilləri, tənzimləyici və bankirlər, uğurlu maliyyə institutları və bank iflasları, modern risk menecment qabiliyyətləri və texnikaları, qlobal maliyyə böhranı şəraitində risklərin idarə olunması və azaldılması mövzularını əhatə edəcək.

Qeyd edək ki, seminar Risk Peşəkarlarının Qlobal Assosiasiyasının (GARP) təlim mərkəzinin icraçı direktorunun müavini Con T.Otis tərəfindən aparılacaq. Seminarda AMB və GARP-ın rəhbərliyi də iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR