Bank Of Baku

«TBC Kredit» ipoteka kreditlərini ucuzlaşdırıb

«TBC Kredit» ipoteka kreditlərini ucuzlaşdırıb
# 04 iyun 2010 09:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «TBC Kredit» qeyri-bank kredit təşkilatı ipoteka kreditləri üzrə faiz dərəcələrini 2010-cu ilin iyunun 1-dən etibarən 4 faiz bəndi endirib. «TBC Kredit»dən «APA-Economics»ə verilən məlumata görə, beləliklə, bu kreditlər üzrə minimal faiz dərəcəsi 18% təşkil edir, kreditin maksimal müddəti isə 10 ildir.

Təşkilatın ipoteka proqramları çərçivəsində kreditlər əhaliyə mənzillərin alınması və təmir olunması, torpaq sahələrinin alınması və evlərin tikintisinə verilir. Kreditlərin maksimal məbləği 200 min ABŞ dolları ola bilər.

«TBC Kredit» 1999-cu ilin dekabrında «Shore Overseas Azerbaijan Credit» (SOA Credit) qeyri-bank kredit təşkilatı adı ilə yaradılıb. «SOA Credit» qeyri-bank kredit təşkilatının brendi 2007-ci ilin may ayında dəyişərək «TBC Kredit» olub. Brendin dəyişməsi Gürcüstanın aparıcı banklarından olan «TBC Bank»ın təşkilatın yeni təsisçisi olması ilə əlaqədardır. Ötən ilin əvvəlində «SOA Credit»in nizamnamə kapitalındakı 75%-lik iştirak payı Gürcüstanın «TBC Bank»ına satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR