Bank Of Baku

Yaltada MDB ölkələrinin gömrük orqanları rəhbərlərinin iclası keçiriləcək

Yaltada MDB ölkələrinin gömrük orqanları rəhbərlərinin iclası keçiriləcək
# 04 iyun 2010 12:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İyunun 8-9-da Yaltada (Ukrayna) MDB ölkələrinin gömrük orqanları rəhbərlərinin toplantısı keçiriləcək. APA-nın bildirdiyinə görə, bu barədə Ukrayna Dövlət Gömrük Komitəsi məlumat yayıb.

İclasa Ukrayna, Azərbaycan, Ermənistan, Rusiya, Belarus, Özbəkistan, Qazaxstan, Moldova, Tacikstan və Qırğızıstan gömrük komitələrinin rəhbərləri qatılacaq.

Toplantıda gömrük xidmətlərinin rəhbərləri cinayətkarlıq və korrupsiya ilə mübarizə tədbirləri, qaçaqmalçılıq, dövlət sərhədlərindən narkotiklərin qanunsuz keçirilməsi ilə mübarizənin gücləndirilməsi, informasiya mübadiləsi və kadr hazırlığı məsələlərini müzakirə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR