Bank Of Baku

Lukaşenko Azərbaycana Avropa ilə ticarət əlaqələrində Belarusun imkanlarından istifadə etməyi təklif edib

Lukaşenko Azərbaycana Avropa ilə ticarət əlaqələrində Belarusun imkanlarından istifadə etməyi təklif edib
# 04 iyun 2010 12:52 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA-Economics. Belarus Azərbaycanda 1 milyard dollar dəyərində layihələr həyata keçirə bilər.

APA-nın «BELTA»ya istinadən məlumatına görə, bunu Bakıda rəsmi səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın baş naziri Artur Rasizadə ilə görüşündə deyib.

Belarus prezidenti hesab edir ki, belə layihələri həyata keçirməyə hər iki ölkənin tam gücü var: “Belarus Azərbaycanda öz iştirakını gücləndirəcək, mütəxəssislər göndərərək burada realizə olunmağa başlayan perspektiv istiqamətlərdə işləyəcəklər”.

Azərbaycanla Belarus arasında ticarət-iqtisadi əlaqələrin dinamik inkişaf etdiyini söyləyən A.Lukaşenko hesab edir ki, bu istiqamətdə böyük potensial var. Azərbaycanın Avropa bazarına təklif edə biləcəyi əmtəələrinin olduğunu söyləyən prezident Avropa ilə ticarət etmək üçün ölkəsinin imkanlarından istifadə etməyi təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR