Bank Of Baku

Ötən ay Azərbaycanda 0,2%-lik deflyasiya müşahidə olunub

Ötən ay Azərbaycanda 0,2%-lik deflyasiya müşahidə olunub
# 04 iyun 2010 14:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri aprel ayı ilə müqayisədə 0,2% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində ərzaq məhsullarının qiymətləri 0,3%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə 0,2% bahalaşıb.

Ötən ay ərzaq məhsullarından düyünün, buğda ununun, manna yarmasının, makaronların, qoyun və toyuq ətinin, pasterizə olunmamış üzlü südün, xamanın, əridilmiş və brınza pendirlərinin, yumurtanın, təzə və dondurulmuş balığın, bananın, alçanın, çiyələyin, kələmin, göyərtinin, pomidorun, xiyarın, badımcanın, çuğundurun, kökün, sarımsağın, soğanın qiymətləri ucuzlaşıb, kolbasa məmulatlarının, mal ətinin, sterizə olunmuş üzlü südün, kərə yağının, süfrə marqarininin, şəkərin və şəkər tozunun, limonun, almanın, armudun, portağalın, naringinin, fındığın, şabalıdın qiymətləri isə bahalaşıb.

Havaların istiləşməsi ilə əlaqədar olaraq ay ərzində kişi və qadınlar üçün qış geyimlərinin qiymətləri ucuzlaşıb, yay geyimlərinin qiymətləri isə bahalaşıb. İnşaat mallarından boyaların, parket üçün lakın, pəncərə şüşəsinin, kəsilmiş taxtaların, parket və laminat parketin, kərpicin, sementin, metal kirəmitin qiymətləri bahalaşıb, divar kağızlarının, ağac yonqar və lifli lövhələrin, qumun, divar kağızı üçün yapışqanın qiymətləri isə ucuzlaşıb.

Bundan əlavə ay ərzində mebel və məişət avadanlıqlarının qiymətlərində də bahalaşma müşahidə olunub. May ayında əhaliyə göstərilən pullu xidmətlərdən ölkədən kənara hava sərnişindaşıma nəqliyyatı üzrə tariflər aşağı düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR