Bank Of Baku

Yunanıstandakı borc böhranının Macarıstanda təkrarlanacağı gözlənilir

Yunanıstandakı borc böhranının Macarıstanda təkrarlanacağı gözlənilir
# 05 iyun 2010 08:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yunanıstandan sonra Macarıstanda dövlət borclar problemi kəskinləşə bilər. “APA-Economics”in məlumatına görə, ölkə rəhbərliyi bəyan edib ki, Macarıstanda da Yunanıstanın borc böhranının təkrarlanması gözlənilir.
Macarıstan baş nazirin nümayəndəsi Peter Siyartonun sözlərinə görə, əvvəlki hakimiyyət Yunanıstandakı kimi, ölkənin iqtisadi vəziyyəti barədə məlumatları daim saxtalaşdırıb. Bunun nəticəsi olaraq Macarıstanda da böhran gözlənilir. Bu bəyanatdan sonra Macarıstan valyutası forint avroya qarşı 5,6% enib. Öz növbəsində, avroya da bu xəbərlər mənfi təsir edib. Belə ki, iyunun 4-də avro dollara qarşı 4 illik minimuma enib. Ümumilikdə, valyuta birjalarında avro üzrə ticarət 1,2163 dollar məzənnədən başlanılıb, ticarət zamanı məzənnə hətta 1,205 dollaradək enirdi, lakin ticarətin sonunda məzənnə 1,21 dollar səviyyəsində müəyyənləşib. Bundan başqa, bütün Avropa fond indeksləri 1,7-2,9% diapazonda enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR