Bank Of Baku

«AccessBank»a daha bir beynəlxalq mükafata layiq görülüb

«AccessBank»a daha bir beynəlxalq mükafata layiq görülüb
# 07 iyun 2010 08:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Mikromaliyyələşdirmə Mərkəzinin (MFC) Qazaxıstanda keçirilən illik konfransında «AccessBank» müştəriləri mühafizə etmək və həddən artıq borclanmasının qarşısını almaq təcrübəsinə görə «Müştərilərin mühafizəkarı» mükafatına layiq görülüb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, mükafat MFC ilə birgə «Smart Campaign» – müştərilərin maraqlarının qorunması ilə məşğul olan mikromaliyyələşdirmə təşkilatlarının beynəlmiləl hərəkatı tərəfindən verilib. Bununla da «AccessBank» müştəriləri mühafizə etməyə görə Qafqazda mükafat alan yeganə təşkilat olub.

Bankın İdarə Heyətinin sədri Endrü Pospielovskinin sözlərinə görə, bank fəaliyyətə başladığı ilk gündən «Məsuliyyətli bank» olmağı qarşıya məqsəd qoyub və maliyyə xidmətlərinin müştərilər üçün həqiqətən faydalı olmasına çalışıb: «Bu, ilk növbədə krediti yalnız onun fayda verəcəyi müştərilərə vermək və müştərilərin həddən artıq borclanmasının qarşısını almaq deməkdir. Bu mükafat bizim öz məramımıza sadiqliyimizi təsdiq edir».

Xatırladaq ki, «AccessBank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 23 filialı, 23 bankomatı və 48 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR