Bank Of Baku

«MBASK» Kuboku uğrunda boulinq üzrə növbəti turnirin qalibi müəyyənləşib

«MBASK» Kuboku uğrunda boulinq üzrə növbəti turnirin qalibi müəyyənləşib
# 07 iyun 2010 08:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MBASK» sığorta şirkətinin boulinq üzrə Kuboku uğrunjda keçirilən IX illik turnirinin qalibi «Bura Bakıdır» restoranının komandası olub.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, turnirin finalında iki partiyada 1297 xal toplayan «Bura Bakıdır» restoranının komandası birinci, «Unibank» ikinci və «Bolshoy Prazdnik» şirkəti isə üçüncü yeri tutub.

Turnirin qalibləri yarışmanın sponsorları olan «MBASK» sığorta şirkətindən yeni «Məsuliyyət» və «Dəyər» sığorta məhsullarını, «Elite Travel» və «Butterfly Travel» şirkətlərindən Azərbaycanın regionlarından birinə 2 günlük səyahət və həmçinin «Bura Bakıdır» restoranından 5 nəfərlik şam yeməyi əldə ediblər.

Bundan başqa, turnirin hamıdan çox xal toplamış ən yaxşı oyunçusu «Statoil» komandasının oyunçusu «Unibank»dan 1000 manat mükafat alıb. Bütün bunlardan əlavə, liderlər üçlüyü «Bolshoy prazdnik» şirkətindən hədiyyələr alıb.

Qeyd edək ki, bu ilin iyun ayının 6-da «MBASK» sığorta şirkətinin kuboku uğrunda boulinq üzrə növbəti turnirdə ümumilikdə 40 komanda, o cümlədən, KİV, banklar, xarici və yerli şirkətləri təmsil edən komandalar iştirak edib.

Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər çıxış edir. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR